"Zəka oyunları" dərsləri davam edir

"Zəka oyunları mərkəzi" Türkiyə respublikasının ən böyük zəka oyunları akademiyası AZOT və Enigma ilə birlikdə bir ilkə imza ataraq, 27 yanvar 2024-cü ildən başlayaraq uşaqlar üçün hər həftənin şənbə günü "Oyun saatı" online əyləncəli dərslərini ödənişsiz şəkildə keçirir. Dərslərdə hər dəfə müxtəlif zəka oyunları keçirilərək, onların dünya görüşlərinin daha da formalaşması, bir biriləri ilə ünsiyyət bacarıqları, Azərbaycanı layiqincə təmsil etmə vərdişləri daha da gücləndirilir. Layihə maarifləndirici xarakter daşıyaraq, əsas məqsədi uşaqların asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir. Həm də bu dərslər May ayının 26-da Türkiyədə keçiriləcək online birinci beynəlxalq dərəcəli zəka oyunları olimpiyadasında övladlarımızın istirakına şərait yaradır. Layihənin rəhbəri "Zəka oyunları Azərbaycan" mərkəzinin rəhbəri Xəyalə Nuşirəvanova və Türkiyə AZOT (akıl zeka oyunları topluluğu) akademiyasının rəhbəri Oktay Uzunağacdır.
Şərhlər (0)