"Sehrli Piramida" zəka oyunu nədir? Necə oynanmalı? Sehrli Piramidanın qaydaları

Sehrli piramida oyununun qaydası belədir:
Piramidanın yuxarısından başlayaraq bir-birinə bağlı dairələr vasitəsilə hərəkət etməklə sona çatmaq lazımdır.
Yol boyunca hər bir nömrədən yəni xanadan (yaxud tapmaca hərflərdən ibarətdirsə, hər hərf) bir dəfə istifadə edilməlidir.
Şəkildə 1-dən 5-ə qədər rəqəmlərdən ibarət bir piramida var. Bu oyunda məqsədimiz piramidanın yuxarısındakı dairədən bazaya çatmaqdır. Bu məqsədə çatmaq üçün çox aydın qaydalarımız var. Hər mərtəbədən yalnız bir dairə seçəcəyik. Unutmaq olmaz ki, bir dairədən digərinə keçmək üçün qonşu olmalıdırlar. Nəhayət, 1-dən 5-ə qədər bütün rəqəmlərdən istifadə etməliyik. Verilmiş nümunəyə əsasən digər tapşırıqlarıda həll edin.
Şərhlər (0)