Zəka oyunları "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sırasında

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 145-ə çatıb.
“Startap” şəhadətnamələri "E-Tibb" MMC-nin onlayn həkim qəbulu üçün mobil platforması, "İmajin Technologies" MMC-nin interaktiv alış-veriş platforması, "Finmarket" MMC-nin kredit təşkilatları üçün onlayn kredit platforması, "Troniq" MMC-nin reklam robotunun istehsalı və satışı, "Yoldash" MMC-nin avtomobil sürücülərini və sərnişinləri birləşdirən onlayn platforması, Xəyalə Nuşirəvanovanın zəka oyunları platforması layihələri üçün təqdim edilib.
Şərhlər (3)