iş vaxtı - 9:00-18:00

Bakı, Əhməd Rəcəbli, 123

KEYFİYYƏTLİ TƏHSİL VƏ AZƏRBAYCANDA KEÇİRİLƏN TƏHSİL SƏRGİLƏRİ

Admin
Admin
KEYFİYYƏTLİ TƏHSİL VƏ AZƏRBAYCANDA KEÇİRİLƏN TƏHSİL SƏRGİLƏRİ

“Hər bir fərdin keyfiyyətli təhsil almaq şansı olmalıdır”. Bu dəyərli sözlərin müəllifi Bill Frist-dir. Bəs keyfiyyətli təhsil nədir? Hər kəs üçün aktual olan bir sualdır desək yanılmarıq.

Ümumiyyətlə, təhsil insana aiddir: emosional, fiziki və əqli qabiliyyətlərin müəyyən edilmiş məqsədə uyğun inkişafıdır. Bilik əldə etmək və davranışlarını təkmilləşdirmək üçün atılan bütün addımlar təlimə daxildir.

Təhsil sərgiləri, xüsusilə də beynəlxalq təhsil sərgiləri, tələbələr və valideynlər üçün çox faydalı ola bilər. Bu sərgilər, təhsil müəssisələri ilə birbaşa əlaqə qurmaq, proqramlar və təhsil haqqında məlumat almaq, həmçinin təhsil müəssisələrinin təklif etdiyi endirimlər və təqaüdlər haqqında məlumat əldə etmək imkanı yaradır.

Öndərtv.org-un təsisçisi və baş redaktoru Kamran Orucov, Zəka oyunları mərkəzinin rəhbəri Xəyalə Nuşirəvanova ilə birlikdə Bakıda təşkil olunan Türkiyə Universitetləri təhsil sərgisində iştirak ediblər.

          Növbəti belə sərgilərdən biri də Hilton Bakı oteldə Unitercih, EKET FUARCILIK, EKA VİSİON və EDDE GLOBAL təhsil mərkəzlərinin birgə təşkil etdiyi təhsil sərgisi idi. Türkiyənin dünya səviyyəsində məşhur olan universitetlərinin sərgidə iştirakı və sərgiyə gələnlərin marağı bizləri sevindirdi. Sərgini gəzən zaman bir neçə Türkiyə universitetlərinin və təhsil mərkəzlərinin rəsmi nümayəndələri yaxından tanış olub, söhbət etmək imkanıda oldu.          İstanbul Nişantaşı Universitetinin baş katibi (Genel sekreter), Fənərbaxça klubunun konqresmeni, Erenköy kolleclərinin qurucusu Əhmət Süngəriçlioğlunun İstanbul Nişantaşı Universitetinin masasına yaxınlaşan hər kəslə bir-bir maraqlanıb yorulmadan verilən sualları cavablandırması təhsilə və Azərbaycana verdiyi dəyərin bir göstəricisidir deyərdik.

          Ankara Bilim Universitetinin idarə heyyətinin nümayəndələri ilə yaxından söhbət zamanı keyfiyyətli təhsil və müasir dünyamızın inkişafındakı yeniliklərdən də bəhs etdik. Hər iki ölkənin təhsil sistemində olan oxşar və fərqli cəhətlərdən danışarkən əslində milli soy kökümüzün verdiyi birliyin təhsilə yansıdığının şahidi olduq.

          Sərgidə bir çox təhsil mərkəzləridə iştirak edirdi. Edde global və Eka vision təhsil mərkəzlərinin Azərbaycanlı abuturiyent və tələbələr, bir sözlə gənclər üçün yaratdığı xaricdə təhsil, xarici universitetlərə imtahan prosesləri ilə yaxından tanış olduq.

 

https://ondertv.org/gundem/4298-keyfyyetl-tehsl-ve-azerbaycanda-kechrlen-tehsl-sergler.html

Şərhlər (1)

Ələsgərova Vüsalə İbrahim qızı
Ələsgərova Vüsalə İbrahim qızı

21 may 2024 11:36

Əziz və mehriban xanım Xəyalə Nuşirəvanova!

Siz bizim övladlarımız üçün təhsil sahəsində yaratdığınız möhtəşəm layihələriniz sayəsində - Azərbaycan Respulikası ilə Türkiyə Resplikası arasında dərin kökləri olan taixi və mədəni bağları birləşdirir, Yaxın gələcəkdə övladlarımızın qabiliyyətli və istedadlı olmaları naminə işıqlı sabaha şəxsi naliyyətləriniz zəmin yaradacaqdır.

Sizin təhsil sahəsində apardığınız "Uğurlu layihəniz" olan AZOT Azərbaycan-Türkiyə ailəsi adı ilə başlayan iki qardaş ölkə arasında  olan dostluğumuzun və qarşılıqlı hörmət qazanmağımızın möhkəmlənməsinə şəxsi töhvəlrinizi verdiniz və bizim hər birimiz üçün böyük bir pəncərələr açılmasına vəsilə oldunuz.

Azərbaycanımızın adını Türkiyədə təmsil etmək üçün yüzlərlə şagirdləri Enigma Akademiyası,  Akıl və Zəka Oyunları Topluluğu dərslərinin hər həftə qabiliyyətli və sadalı müəllimlər tərəfindən ücrətsiz keçirilməsinə köməkdarlıq edirsiniz, övladlarımızı bir-bir adları və soyadları ilə tanıdıb-sevdirirsiniz, eləcə də birincilik uğrunda mübarizə aparmağımıza uşaqlarımızı yüksək həvəslə çalışdırırsınız.

Hər bir xalq öz dili, dini və yüksək təhsili ilə tanınır, bizim təhsilimizə yeni uğurlar gətirmək, inkişaf etdirmək və dünya mədəniyyətində təhsilimizin səviyyəsini qaldırmaq xalqımızın qabaqçıl adamlarının bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur,

Bunun üçün təhsilimizin uğuru yolunda öndə durmaq işiqlı sabaha aparmağa, eləcə də bu "Uğurlu layihəniz" olan AZOT Azərbaycan-Türkiyə ailəsini yürütmək mərd və qoçaq insan, yüksək səviyyədə qabiliyyətli və savadlı xanım olan Xəyalə Nuşirəvanovanın adı ilə bağlıdır. 

Mən fəxr edirəm ki, mənim Azərbaycanımın belə mərd və qabiliyyətli xanımı- Xəyalə Nuşirəvanova var! Belə təhsil sahəsində uğurlar qazanan insan üzərində həmişə çox böyük şərəfli vəzifələr durar və  hər zaman gözəl-xeyirxah işlər görər. 

Hörmətlə: Sizi çox sevən Vüsalə İbrahim qızı Ələsgərova.


Şərh əlavə et


yenilə, əgər kod görünmürsə
Yuxarı