iş vaxtı - 9:00-18:00

Bakı, Əhməd Rəcəbli, 123

Zəka oyunları mərkəzinin balaca fəallarının adları qaliblər sırasında

Admin
Admin
Zəka oyunları mərkəzinin balaca fəallarının adları qaliblər sırasında

Zəka oyunları mərkəzi, müxtəlif yaş qruplarından insanların intellektual inkişafını dəstəkləmək üçün müxtəlif zəka oyunları təqdim edən təşkilatdır. Bu mərkəz, şahmat, bədii yaradıcılıq, məntiqi düşünmə və problem həll etmə kimi bacarıqları inkişaf etdirməyə kömək edir. Mərkəzin fəaliyyəti, həm uşaqların həm də böyüklərin zəka oyunları vasitəsilə öz potensiallarını artırmaq imkanı yaradır.

Bu gün sizinlə mərkəzimizin balaca iki fəalının uğurunu paylaşacam.

Tovuz şəhər Nəsrəddin Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin 3a sinif şagirdi (Rus bölməsi) Qasımova Aylin Ayaz qızı Şəki şəhərində təşkil olunmuş Böyük Qafqaz incəsənət və rəqs kuboku Şəki-2024 adlı festivalda, Tovuz təmsilçisi Zirvə rəqs ansambılında "Arşın mal alan" operattasını oynayaraq birinci yerə layiq görülmüşdür. Bədii rəhbər Arif Məmmədrzayev.










Bakı şəhəri, Qaradağ, 139 nömrəli orta məktəbin 7-ci sinif şagirdi Emil Həmidli Gənclər və İdman Nazirliyinin "İdman günü"-nə həsr etdiyi yarışda, 11 saylı idman növü olan basketbol üzrə komanda olaraq II yerə layiq görülmüşdür.

Hər iki şagirdimizə dərslərində və həyatda uğurlar arzu edirik.

 

Şərhlər (0)

Şərh əlavə et


yenilə, əgər kod görünmürsə
Yuxarı